• $
  • €
  • ₽
  • ₺
  • £

FHN 900-ə yaxın obyektə qüsurların aradan qaldırılması üçün "tapşırıq"lar verdi

FHN 900-ə yaxın obyektə qüsurların aradan qaldırılması üçün "tapşırıq"lar verdi
10.03.2016 10:45
 "Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi inşaatda mövcud qanunvericiliyin tələblərinin təmin edilməsinə, tikinti obyektlərində təhlükəsizlik, tikinti norma və qaydalarına əməl olunmasına nəzarət sahəsində işləri davam etdirib. 

Belə ki, 4002 obyektə texniki baxış keçirilib, onlardan 888 obyektə qüsurların aradan qaldırılması üçün "tapşırıq"lar verilib".

"Report"un xəbərinə görə, bu barədə məlumat Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Hesabatda bildirilir ki, 208 obyektin metal konstruksilarında müayinə işləri aparılıb, onlardan 62 obyektdə nöqsanlar aşkar edilərək lazımi tədbirlər görülməsi üçün sifarişçiyə məlumat verilib.

Eyni zamanda, neft və qazçıxarma sənayesində, maye və təbii qaz obyektlərində, qazan, qaldırıcı və energetika qurğularında, Yerin təkinin mühafizəsi və dağ-mədən nəzarəti sahələrində, metallurgiya, kimya, neftkimya və neftqaz emalı sənayesində, taxıl məhsulları müəssisələrində, təhlükə potensiallı sənaye avadanlıqlarının istehsalında və emal sənayesində, təhlükəli yüklərin avtonəqliyyat vasitələri, dəmiryolu, hava və dəniz nəqliyyatı ilə daşınmasında, magistral boru kəmərlərində və digər bu kimi sahələrdə işlərin təhlükəsiz görülməsinə nəzarət məqsədi ilə 3 457 müəssisədə 35 239 təhlükə potensiallı qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib. Nəticədə 14 021 pozuntu aşkar edilib, 569 qurğu və avadanlığın istismarına müvəqqəti qadağa qoyulub, təhlükəsiz istismar qaydalarına əməl olunmasına 2 684 "göstəriş" aktı verilib. Həmçinin, 4 616 nəfər fəhlə və mühəndis-texniki işçinin texniki təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılb.

Bundan başqa, əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi və ionlaşdırıcı şüalanma mənbələrinin fiziki mühaifəsinin təşkilinin yoxlanılması məqsədi ilə 181 sənaye, elmi-tədqiqat və tibb müəssisəsində 194 nəzarət-yoxlama, həmçinin radioaktiv mənbələrin idxal-ixrac əməliyyatları zamanı 27 müəssisədə 169 radioaktiv mənbənin eyniləşdirilməsi və dozimetrik nəzarəti həyata keçirilib.

"İzotop" xüsusi kombinatı tərəfindən tərkibində şüalanma mənbəyi olan 302 müxtəlif qurğu və cihazlar ölkədaxili marşrutlarla nəql edilib, ümumi çəkisi 2 190 kq olan radioaktiv maddələrlə çirklənmiş xüsusi və fərdi mühafizə vasitələri dezaktivasiya olunub.
Qeyd edək ki, hökumətin hesabatı Milli Məclisin martın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol