• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da “Fransada təhsil: ən aşağı xərclərlə ən yaxşı seçim” mövzusunda təqdimat keçirildi

ADU-da “Fransada təhsil: ən aşağı xərclərlə ən yaxşı seçim” mövzusunda təqdimat keçirildi
10.03.2016 14:21
Azərbaycan Dillər Universitetində (ADU) universitetin Fransa məlumat mərkəzinin təşkilatçılığı ilə "Fransada təhsil: ən aşağı xərclərlə ən yaxşı seçim” mövzusunda təqdimat keçirildi.
 
Öncə çıxış edən ADU-nun rektorunun müşaviri, doktor Vazeh Əsgərov qonaqları tələbələrə təqdim etdi. Görüşün tələbələr üçün faydalı olacağını nəzərə çatdıran Vazeh Əsgərov onları layihənin iştirakçısı olmağa səslədi. O, tədbirin baş tutmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
 
"Fransada təhsil almaq bir strateji seçimdir” deyən Fransanın Azərbaycandakı Səfirliyinin Universitetlərarası əlaqələr üzrə məsul şəxsi, Campus France Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Batist Minyo öz təqdimatında Fransada təhsilin üstünlüklərindən bəhs etdi. O, sözügedən  üstünlüklərdən danışarkən ailə büdcəsinə uyğun minimal xərclər, bütün dünyada tanınan diplom və dünya miqyasında əhatə dairəsinə görə II pillədə olan beynəlxalq bir dilə yiyələnmək kimi imkanları xüsusilə qeyd etdi. Bununla yanaşı o, fransız dilini öyrənməyin gələcək iş karyerasına müsbət təsirindən və dil biliklərinin Frankofoniyaya açılan qapı olmasından danışdı. Batist Minyo Fransa universitetlərini seçməklə tələbələrin təkcə təhsil almaq yox,  həm də təşkil olunan səyahətlər sayəsində digər ölkələri kəşf etmək şansı qazandığını sözlərinə əlavə etdi. Daha sonra Campus France Agentliyinin fəaliyyəti haqqında məlumat verdi. Sonda Batist Minyo Universitetlərdə müxtəlif dərəcələr üzrə təhsil almaq üçün qəbul qaydaları, təqaüd proqramları, fransız və ingilis dillərində təhsil proqramları, tələbə vizası, Fransaya getmək imkanları məsələlərinə də toxundu.
 
Daha sonra Fransanın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Fransız İnstitunun kurslar üzrə direktoru Ülfət İbrahim təmsil etdiyi qurumun fəaliyyətindən bəhs etdi. O, İnstitut tərəfindən həyata keçirilmiş fransız dili kursları və qeydiyyat qaydaları, həmçinin onun müddəti haqqında qısa məlumat verdi.
 
Görüş tələbələr üçün maraqlı olan sualların cavablandırılması və mövzu ilə bağlı məlumatları özündə əks etdirən broşuraların paylanılması ilə yekunlaşdı.
 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol