Bakıda iki mədəniyyət evinin direktoru vəzifəsindən azad edildi

Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib
Bakıda iki mədəniyyət evinin iki direktoru vəzifəsindən azad edilib.
Bu barədə "Report"a Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Məlumata görə, idarənin M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinin direktoru Əliyeva Səyyarə Əjdər qızı və Nizami adına Mədəniyyət Mərkəzinin direktoru Əliyev Eldəniz Eldar oğlu tutduqları vəzifədən azad olunublar.
Xatırladaq ki, ilin əvvəlindən başlayaraq Bakı şəhərində yerləşən mədəniyyət müəsissələrində əmək fəaliyyətində aşkar edilmiş qüsurlara əsaslanaraq idarə tərəfindən bir sıra kadr dəyişikliyi həyata keçirilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























