• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da “Müvəffəqiyyətli olmaq” mövzusunda seminar keçirildi - FOTOLAR

ADU-da “Müvəffəqiyyətli olmaq” mövzusunda seminar keçirildi - FOTOLAR
10.03.2016 17:51
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Diplomat klubunun və SABAH qruplarının təşkilatçılığı ilə "Müvəffəqiyyətli olmaq” mövzusunda seminar keçirildi.
 
Hər bir gəncin, tələbənin fərdi inkişafının formalaşmasında mühüm əhəmiyyət kəsb edəcək aktual mövzulardan ibarət seminarda açılış edən klub sədri Ramin Həbibzadə peşəkar təlimçi Fəxri Ağayevi iştirakçılara təqdim etdi. Daha sonra Diplomat klubu haqqında ümumi məlumat verən Ramin Həbibzadə diplomatiya, onun əxlaqi və mədəni normaları haqqında danışdı və iştirak edən hər kəsə təşəkkürünü bildirdi.
 
Seminara təlimçi qismində dəvət olunan - Fəxri Ağayev "zamanın idarə olunması və şəxsi effektivlik”, "müvəffəqiyyətli karyera”, "peşəkar həyata universitet illərindən hazırlanmaq”,  "müvəffəqiyyət üçün şərtlər vacibdirmi?” mövzuları ətrafında təqdimatla çıxış etdi. O, əvvəlcə həyatı və iş fəaliyyəti barədə məlumat verdi, müvəffəqiyyətə gedən yolda qarşıda duran əngəllər və onların dəf edilməsinin funksiyaları haqqında fikirlərini bildirdi. O, mövzu ilə səsləşən "daimi inkişaf”, "karyera hədəfi və planları”, "rəhbərin xüsusiyyətləri” məsələlərinə də toxundu, bu istiqamətdə tələbələrə dəyərli məsləhət və tövsiyyələrini verdi.
 
Sonda keçirilən anket-sorğunun nəticələrinə müvafiq olaraq ən maraqlı, yaradıcı, cavab verən tələbələrə təlimçi tərəfindən hədiyyə veriləcək.
 



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol