• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da “Yapon iş adamları ilə informasiya mübadiləsi” mövzusunda VI konfrans keçirildi

ADU-da “Yapon iş adamları ilə informasiya mübadiləsi” mövzusunda VI konfrans keçirildi
10.03.2016 20:04
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Yapon mərkəzinin rəhbəri, Yapon-Azərbaycan əlaqələndirmə komitəsinin üzvü Yaşar İbrahimovun təşkilatçılığı ilə Yapon iş adamlarının Azərbaycana səfəri çərçivəsində "Yapon iş adamları ilə informasiya mübadiləsi” mövzusunda VI konfrans keçirildi.
 
Konfransın məqsədinə uyğun olaraq Yapon iş adamları ilə Azərbaycan və onun iqtisadi inkişafı, Azərbaycan iqtisadiyyatına investisiya qoymaq imkanları haqqında danışıldı, Azərbaycan-Yaponiya arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinin inkişafı istiqamətində iki ölkənin iş adamları arasında əlaqələrin qurulmasına şərait yaratmaq, Yapon iş adamlarına ölkəmizin biznes üçün yüksək potensiala malik olması barədə fikir mübadiləsi aparıldı. Azərbaycan-Yaponiya əlaqələrini daha da inkişaf etdirmək istiqamətində təkliflər və ideyalar səsləndirildi.
 
Yaponyanın yüksək ali təhsilinin və bacarıqlarının inkişafının məhsualları və xidmətləri ilə tanış olmaq məqsədilə sınaq təcrübələri keçirildi. Keçirilən sınaq təcrübələri zamanı üxtəlif ruhi təlim, barmaq təzyiqi və Qigong müalicə təlimi, internet marketinqliyi və digər məsələlərə aydınlıq gətirildi
Konfransda 30 nəfər yaponiyalı iş adamı, həmçinin Yapon vətəndaşları ilə iş münasibətləri yaratmaq, gələcəkdə birlikdə çalışmaq niyyətində olan azərbaycanlı müəllimlər, tələbələr, iş adamları və digər şəxslər iştirak edirdi.
 
Qeyd edək ki, Yapon iş adamlarının Azərbaycana səfəri "World Investers TV” internet televiziyasının prodüseri Kazuyasu İşidanın təşkilatçılığı, HİS turizm şirkətinin dəstəyi ilə həyata keçirilir. Yapon iş adamlarının Azərbaycana səfəri zamanı Azərbaycanın düzgün şəkildə öyrənilməsi və təbliği istiqamətində ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Yaponşünaslıq ixtisasında təhsil alan tələbələr və müəllimlər iki ölkə nümayəndələri arasında işgüzar əlaqələrin qurulmasında tərcüməçilik fəaliyyətləri ilə köməklik göstərirlər.
 
Xatırladaq ki, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Yaponşünaslıq ixtisasının tələbələri Aqşin Bədəlbəyli Yaponiyanın Saitama Universitetində, Zərifə Aydayeva isə Yaponiyanın Gifu Dövlət Universitetində bir illik təhsil alıb geri dönüblər.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol