Bakıda sərnişin avtobusu daha bir piyadanı öldürdü

Bakıda sərnişin avtobusu piyadanı vurub.
Musavat.com-un məlumatına görə, hadisə bir az əvvəl Bakının Nəsimi rayonu ərazisində baş verib.
165 saylı marşrut xətti ilə hərəkətdə olan sərnişin avtobusu Rövşən Cəfərov küçəsində yolu keçmək istəyən piyadanı vurub. Zərbə nəticəsində hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadın hadisə yerində dünyasını dəyişib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar, avtobus sürücüsünün ifadəsi alınıb.
İlkin ehtimala görə, hadisəyə avtobusun yüksək sürətlə idarə olunması səbəb olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























