• $
  • €
  • ₽
  • ₺
  • £

Rayonlara gedən avtobusların sayı 2 dəfə artacaq

Rayonlara gedən avtobusların sayı 2 dəfə artacaq
11.03.2016 15:59
Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi martın 15-dən 28-dək gücləndirilmiş iş rejiminə keçib.  

Bu barədə Oxu.Az-a açıqlamasında Kompleksin növbə rəisi Məhəmməd Abdullayev bildirib. 

Onun sözlərinə görə, bayram ərəfəsində xəttə buraxılacaq avtobusların sayının təxminən 2 dəfə artması gözlənilir:

"Adi günlərdə 300-320 nəqliyyat vasitəsi ilə 7000-7500 sərnişin yola salınırdı. Bayram ərəfəsində isə 600-700 nəqliyyat vasitəsi ilə 16-17 min sərnişinin yola salınması gözlənilir”.

M.Abdullayev qeyd edib ki, süni qiymət artımı ilə bağlı kommissiya yaradılıb:

"Qiymətlərə nəzarət etmək üçün 11 nəfərdən ibarət komissiya fəaliyyət göstərir. Kənardan dəvət etdiyimiz hər hansı bir nəqliyyat vasitəsi qiymətlərdə dəyişiklik edə bilər. Qiymət komissiyasının üzvləri belə bir halın yaşanmaması üçün bu məsələləri nəzarətdə saxlayacaq”.

"Nəzərinizə çatdırım ki, adi günlərdə olduğu kimi bütün təyin olunmuş qrafiklərimiz üzrə 10 gün əvvəlcədən bilet satışları həyata keçirilir. Həm adi qaydada, həm də onlayn vasitəsilə”, - deyə Kompleksin növbə rəisi əlavə edib. 

O, həmçinin vurğulayıb ki, bayram ərəfəsində bütün istiqamətlərdə sıxlıq müşahidə olunacaq. 

"Bütün istiqamətlər üzrə əlavə nəqliyyat vasitəsi xəttə buraxılacaq”, - deyə Abdullayev qeyd edib. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol