• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da seminar keçirildi - Fotolar

ADU-da seminar keçirildi - Fotolar
11.03.2016 23:16

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının təşəbbüsü, həmin kafedranın müəllimi Sücaət Qəyayevanın təşkilatçılığı ilə "1 mart-Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunan tədbirlər planı çərçivəsində "Fövqəladə hallar zamanı əhalinin stress vəziyyətindən çıxarılmasının psixoloji xüsusiyyətləri” mövzusunda seminar keçirildi.
 
Öncə çıxış edən kafedra müdiri Sevda Zamanova qonaqları universitetdə görməkdən şad olduğunu bildirdi, dəvəti qəbul edib seminarda iştirak etdiklərinə görə dərin təşəkkürünü bildirdi. Qonaqları tələbələrə təqdim edən Sevda Zamanova onların fövqəladə hallar zamanı mənəvi psixoloji durum haqqında məlumat verəcəklərini söylədi. O, kafedra tərəfindən aktual məsələlərə toxunan müxtəlif səpkili tədbirlərin təşkil edildiyini dedi, bunun da öz növbəsində tələbələr üçün yararlı olacağını qeyd etdi. Fövqəladə hadisələr zamanı bütün insanların qəzaların nəticələrinin aradan qaldırılmasına cəlb olunmasının mütləqliyindən bəhs edən Sevda Zamanova bu məqsədlə universitetdə Mülki Müdafiənin tədris olunduğunu diqqətə çatdırdı.
 
ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbərinin iştirak etdiyi seminarda çıxış edən "Həyat” klinikasının psixoloqu Ramin Nəcəfli fövqəladə hallar zamanı yaranan eksterimal situasiyalar, psixoloji pozğunluqlar, stress, panik atak və depressiyaların əlamətləri, onlardan xilas olma yolları, ilk yardım texnikası barədə danışdı. Qəzaların təkcə müharibələrdə deyil, gündəlik həyatda da baş verdiyini diqqətə çatdıran Ramin Nəcəfli buna görə də, hər bir insanın özünü müdafiə etmək qabiliyyətinə malik olmasının vacibliyini qeyd etdi.
 
Daha sonra çıxış edən Azərbaycan Kardiologiya Cəmiyyətinin idarə heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru, kardioloq Tofiq Sadıqov qəfləti ürək ölümü, onun yaranma səbəbləri, qarşısının alınması istiqamətində görüləcək profilaktik tədbirlər haqqında ümümi məlumat verdi. O, qəfləti ürək ölümü zamanı ilkin yardım göstərilməzsə kliniki ölümün bioloji ölümə keçdiyini söylədi, ilk yardım prosesinin  düzgün formada aparılması ardıcıllığının vacibliyini vurğuladı.
 
Sonda mövzu ilə bağlı məlumatları əks etdirən maarifləndirici sənədli film nümayiş olundu.
 



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol