• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "Hər bir əsgər və zabit düşmənə qarşı qisas hissi ilə yaşamalıdır" - FOTOLAR

Nazir: "Hər bir əsgər və zabit düşmənə qarşı qisas hissi ilə yaşamalıdır" - FOTOLAR
11.03.2016 20:54
Bu gün Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yeni inşa edilmiş növbəti iki hərbi hissənin açılışında iştirak edib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi hissələrin ərazisindəki qərargahlar, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikaları üçün saxlanclar, qarovul şəhərcikləri, sıra meydanları, tibb məntəqələri, hamam-camaşırxana-qazanxana kompleksləri və digər inzibati obyektlər ilə tanış olub.

Yeni hərbi hissələrin açılış mərasimində şəxsi heyət qarşısında çıxış edən Müdafiə naziri Silahlı Qüvvələrin daim xalqımızın və Ali Baş Komandan cənab İlham Əliyevin qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

Nazir orduda bütün istiqamətlər üzrə həyata keçirilən islahatların mərhələli surətdə uğurla davam etdiyini, silahlanmaya ən müasir silah-sursatın, digər texniki döyüş vasitələrinin qəbul edildiyini, şəxsi heyətin döyüş hazırlığı və sosial-məişət şəraitinin yüksəldiyini qeyd edib.

"Ordumuzun döyüş qabiliyyətinin daha da artırılması, onun texniki imkanlarının genişləndirilməsi ilə bağlı qarşıda icra edəcəyimiz tapşırıqlar var. Silahlı Qüvvələrimizin ən başlıca vəzifəsi xalqımız və dövlətimizin etimadını doğrultmaq, işğal olunmuş torpaqlarımızın azad olunmasını təmin etməkdir. Hər bir əsgər və zabit bu məqsədə çatmaq üçün düşmənə qarşı qisas hissi ilə yaşamalıdır" - deyə general-polkovnik Z.Həsənov bildirib.

Son günlər cəbhədə düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edildiyini xatırladan müdafiə naziri bundan sonra da müxtəlif istiqamətlərdə qarşı tərəfə sarsıdıcı zərbələrin vurulmasının vacibliyini vurğulayıb.

Çıxışının sonunda şəxsi heyəti qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən nazir hərbi qulluqçulara xidmətdə uğurlar arzulayıb.
Şəxsi heyət təntənəli marşla tribuna önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.

Sonra müdafiə naziri Silahlı Qüvvələrin tələblərinə cavab verən ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş və yerli şəraitə uyğunlaşdırılmış mobil səhra hospitalının fəaliyyəti ilə tanış olub.

Tibb xidməti personalı ilə görüşən müdafiə naziri səhra hospitalındakı çeşidləmə, diaqnostika, əməliyyat, reanimasiya, müayinə, komanda-idarəetmə və rabitə bölmələrinə baş çəkib, eləcə də onların fəaliyyəti ilə maraqlanıb.

Həmin gün müdafiə naziri cəbhə xəttində yerləşən bölmələrdə olub, şəxsi heyətin döyüş hazırlığı, müdafiə zolağının daha da təkmilləşdirilməsi, düşmənin istənilən fəaliyyətinin aşkar edilərək ona qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı müvafiq göstəriş və tapşırıqlarını verib.
 







www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol