• $
  • €
  • ₽
  • ₺
  • £

Polisdən gənclərə yeni iş imkanı

Polisdən gənclərə yeni iş imkanı
12.03.2016 10:41
Yaşı 20-dən 24-ə qədər olan azərbaycanlı gənclərə Daxili İşlər Nazirliyi çərçivəsində yeni iş imkanı yaranıb.
 
ANS PRESS-in məlumatına görə, bu imkanı ölkə başçısının bu yaxınlarda verdiyi fərmanla təsdiq edilmiş "İctimai asayişin qorunmasında vətəndaşların iştirakı qaydası" yaradır.

Qaydaya görə, polis orqanları ilə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş  gənclər könüllülük əsasında cəlb edilə bilərlər. Amma bu əməkdaşlığın könüllü olmasına baxmayaraq həmin gənclər həm də müəyyən qədər əmək haqqı alacaqlar. Sənəddə deyilir ki, polis orqanları ilə əməkdaşlıq edən şəxslərin fəaliyyəti bu məqsədlər üçün Daxili İşlər Nazirliyinə ayrılan dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. Həmin şəxslərlə onların hüquq və vəzifələrini, sosial və digər təminatlarını müəyyən edən müqavilə bağlanır.


Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə ANS PRESS-ə müsahibəsində bildirdi ki, polislə əməkdaşlıq edəcək gənclərin maaşlarının verilməsi forması Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək: "Lakin bu heç bir halda polisin fəaliyyətini əvəz eləmir. Burada məqsəd ölkədə sabitliyin, təhlükəsizliyin təmininin hər bir vətəndaşın marağında olmasını əyani şəkildə göstərməkdir”.

Amma istənilən halda, polis orqanları ilə əməkdaşlıq edən gənclər başqa üstünlüklər də qazanacaqlar. Məsələn, qaydaya görə, onlar Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən olunmuş təminatlar şamil edilir. Həmçinin, daxili işlər orqanlarında xidmətə qəbul zamanı ictimai asayişin qorunmasında 2 il ərzində polis orqanları ilə əməkdaşlıq etmiş şəxslərə üstünlük verilir.

İlk baxışdan  polisə bu yolla əlavə dəstək cəlb edilməsinə ehtiyac olmadığını düşünmək olar. Cinayət səviyyəsinə görə Azərbaycan dünyanın ən problemsiz ölkələrindən biri sayılır. Əksər qərb ölkələrinin təmsilçiləri Bakını "İncil şəhəri” sayırlar və öz ölkələrinin paytaxtı ilə müqayisədə burada çanta oğurluğu, küçə soyğunçuluğu kimi cinayətlərin nadir hallarda baş verdiyini bildirirlər. Bakıda cinayət səviyyəsinin İstanbul və İzmir kimi şəhərlərlə müqayisədə çox aşağı  olması türkiyəlilərin də diqqətindən yayınmır. Məsələn, türkdilli auditoriyanın ən çox baxılan aparıcılarından biri olan Müge Anılı bir neçə gün öncə Bakının həddindən rahat şəhər olduğunu qeyd etmişdi. O, qonaq gəldiyi Azərbaycan paytaxtında gecə saatlarında qadınların çox qorxusuz şəkildə gəzə bilməsini xüsusi vurğulamışdı.         

Həm də Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda cinayətkarlıq səviyyəsi son illər ərzində azalmağa doğru gedir. Ölkə üzrə əhalinin sayının artmasına baxmayaraq, cinayət iştirakçısı olmuş sakinlərin sayı ildən ilə azalır. Məsələn, 2019-cu ildə Azərbaycanda 19 min 417 nəfər cinayət iştirakçısı olmuşdusa, 2015-ci ildə bu göstərici 16 min 322-yə düşüb. Bəzi illərdə bu göstərici hətta 14 minə qədər enib. Yəni düşünmək olar ki, Azərbaycanda cinayətkarlığa qarşı mübarizə tam təmin edilib və ictimai asayişin qorunmasında vətəndaşların iştirakına ehtiyac yoxdur. 

Lakin sabiq polis rəisi, polkovnik Mahmud Hacıyev ANS PRESS-ə müsahibəsində gənclərin  polis orqanları ilə əməkdaşlığa cəlb edilməsinin vaxtında atılmış bir addım olduğunu vurğulayıb: "İctimai asayişin qorunmasına cəlb edilən vətəndaşların Bakıda keçirilən beynəlxalq tədbirlərdə polisə yardım etməsi çox vacibdir. Bizdə "Formula 1” yarışları, İslam oyunları keçiriləcək. Bu yarışlara baxmağa gələn xarici qonaqlar adətən tədbirlərdə polisi çox görəndə narahat olurlar. Buna görə mülki geyimli bu gənclərin polisə yardım etməsinə ciddi ehtiyac var”.

Mahmud Hacıyevin sözlərinə görə, vətəndaşların ictimai asayişin qorunmasına cəlb edilməsi praktikası Azərbaycanda əvvəllər də olub: "Vaxtilə xalq drujinaları vardı. Tələbə gənclər, fəhlələr ictimai tədbirlərdə milisə ciddi dəstək verirdi. İndi təxminən həmin praktika bərpa edilir”.

Azərbaycanın daxil olduğu məkanda ilk xalq drujinaları 1881-ci ildə Moskvada imperator III Aleksandrın tacqoyma mərasimində yaradılıb. Onun ümumi sayı 20 minə çatıb. 1894-cü ildə II Nikolayın tacqoyma mərasimində Moskva drujinasının üzvlərinin sayı 80 min nəfərə çatıb. Sovet dövründə ilk drujinalar 1926-cı ildə yaradıldı və SSRİ dağılana qədər davam etdi.

Bəzi postsovet respublikalarında xalq drujinaları polisə dəstək vasitəsi kimi indi də istifadə edilir. Məsələn, Rusiyanın bəzi şəhərlərində xalq drujinalarının üzvlərinə pul da ödənir. Növbətçilik saatına ödənilən 3-5 dollar səviyyəsində vəsait xalq drujinasına yararlı gənclərin cəlb edilməsinə imkan yaradır.

Azərbaycanın bu praktikanı bərpa etməsinin ölkənin sabahı olan gəncliyinin də tərbiyə edilməsi baxımından çox yararlıdır. Qərb ölkələrinin təcrübəsi göstərir ki, polisin cinayətkarlara qarşı mübarizə üsulları ilə az-çox tanış olan gənclər həyatı boyu cinayətdən uzaq dururlar. Həm də gənclərin ictimai asayişin qorunmasına cəlb edilməsi hüquq-mühafizə üçün yararlı olan gəncləri erkəndən müəyyən etməyə imkan verir. Bu isə hüquq-mühafizə orqanlarının gələcəkdə kadrla bağlı problemi olmayacağı deməkdir.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol