• $
  • €
  • ₽
  • ₺
  • £

Elçin Quliyev Rusiya və İran sərhəd xidməti rəhbərlərilə görüşdü - FOTOLAR

Elçin Quliyev Rusiya və İran sərhəd xidməti rəhbərlərilə görüşdü - FOTOLAR
12.03.2016 12:40
Martın 11-də Dövlət Sərhəd Xidmətinin Aparatında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişov və İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib.

Trend-ə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, görüşdə Xəzər dənizində vəziyyət və onun inkişaf tendensiyaları, sərhəd təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlığın vəziyyəti və perspektivləri, qaçaqmalçılıq, qeyri-leqal miqrasiya, narkotiklərin qeyri-qanuni dövriyyəsi, qanunsuz balıq ovu kimi hərəkətlərlə mübarizə istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb, qeyd olunan sahələr üzrə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edilib.

Müzakirələr zamanı Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə, qarşılıqlı əməkdaşlıq çərçivəsində birgə sərhəd təlimləri və razılaşdırılmış əməliyyat-profilaktik tədbirlərin keçirilməsinin zərurliliyi qeyd olunmuş, tərəflər arasında sərhəd gəmilərinin qarşılıqlı dostluq səfərlərinin təşkil edilməsinin vacibliyi vurğulanıb.

Tədbir iştirakçıları vurğuladılar ki, Xəzər dənizində hər-hansı qanunsuz fəaliyyətə qarşı mübarizə üzrə sərhəd xidmətlərinin əməkdaşlığının həyata keçirilməsi Xəzər dənizinin akvatoriyasında, o cümlədən bütövlükdə regionda sərhəd təhlükəsizliyi və stabilliyin təmin olunmasına xidmət edəcəkdir.

Görüşdə həmçinin "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin icrasından irəli gələn məsələlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə sərhəd qurumları arasında əməkdaşlığın genişləndirilməsi, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilib.
 










www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol