Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu

Martın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə duman, çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, havanın temperaturunun gecə 5-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Azərbaycan rayonlarında hava əsasən yağmursuz olacaq.
Səhər bəzi yerlərdə duman olacağı, axşam isə yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























