• $
  • €
  • ₽
  • ₺
  • £

Novruzda Azərbaycana gələn aztəminatlı əcnəbi turistlərin çoxu evlərdə qalır

Novruzda Azərbaycana gələn aztəminatlı əcnəbi turistlərin çoxu evlərdə qalır
14.03.2016 09:45
Azərbaycana Novruz bayramı günlərində gələn və ucuz qiymətə dinçəlmək istəyən əcnəbi turistlərin çoxu evlərdə qalırlar.
 
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, Novruz bayramı günlərində Azərbaycana daha çox əcnəbi turistin İrandan gələcəyi gözlənilir: "Lakin ölkədə 1 və 2 ulduzlu hotellər olmadığından onların da daha çox evlərdə qalacağı gözlənilir. Turistlərin çoxu ucuz başa gəlsin deyə, evlərdə qalmağa üstünlük verirlər. Lakin bu, həm təhlükəsizlik nöqteyi-nəzərdən doğru deyil, həm də ölkənin büdcəsinə gəlir gətirmir”.

M.Ağakərimov bildirib ki, Azərbaycanda aztəminatlı təbəqənin də dincələ bilməsi üçün 1, 2 ulduzlu hotellərin və hostellərin tikilməsinə ehtiyac var.

Mütəxəssis təklif edir ki, belə obyektlərin sayının artırılması üçün sahibkarlara 1 və 2 ulduzlu hotellərin tikilməsinə görə müəyyən güzəştlər verilməlidir.

M.Ağakərimov əlavə edib ki, Azərbaycandakı hotellərdə Novruz bayramı günlərində dincəlmək istəyənlər üçün qiymətlər də sabit qalıb və heç bir dəyişiklik olmayıb: "Azərbaycanın bölgələrində əsasən, Quba-Qusar, İsmayıllıda dincəlmək istəyənlər üçün qiymətlər bir qədər ucuzdur. Amma Qəbələdə qiymətlər digər rayonlara nisbətən bir qədər bahadır”.

M.Ağakərimovun sözlərinə görə, Novruz bayramı günlərində turizm şirkətləri Azərbaycanın görkəmli yerləri ilə maraqlananlara Quba, Qusar, Qəbələ, İsmayıllı, Şəkiyə, Bakıda isə Qobustana, İçərişəhərə, Atəşgaha, Qala Etnoqrafik, İncəsənət, Ədəbiyyat, Xalça və Tarix Muzeylərinə, Abşeron qalalarına səyahət etməyə imkan verən marşrutlar təklif edə bilərlər.

Qeyd edək ki, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Trend-ə verdiyi açıqlamasında ölkəyə istər gəlmə, istərsə də daxili turizmin həcminin artması üçün 2 və 3 ulduzlu ekonom yerləşdirmə obyektlərinin sayının artırılmasına ehtiyac olduğunu deyib.

Nazir müavini əlavə edib ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda "iki”, "üç” ulduzlu yerləşdirmə obyektlərinin fəaliyyətinin genişləndirilməsi məqsədilə dünyaca məşhur brendlərin nümayəndələri ilə danışıqlar aparır.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol