• $
  • €
  • ₽
  • ₺
  • £

TQDK: Üç nəfərin başqasının yerinə imtahana girməsinin qarşısı alınıb

TQDK: Üç nəfərin başqasının yerinə imtahana girməsinin qarşısı alınıb
14.03.2016 10:58
 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ölkənin bütün peşə liseylərinin (cəmi 45) sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirib.

 TQDK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, imtahan 24 şəhər və rayonda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Qusar, Xaçmaz) təşkil olunub.

İmtahanlar bütün mərkəzlərdə eyni vaxtda - saat 12:00-da başlayıb və 2 saat 45 dəqiqə davam edib. İmtahanların idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanıb və imtahan prosesinin gedişinə nəzarət olunub.

"Qərargaha verilən məlumata görə 3 nəfər şagird imtahan binasına mobil telefonla daxil olmağa, 3 nəfər isə buraxılış zamanı başqasının yerinə imtahana girməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb və bu hallarla bağlı yerində akt tərtib olunub", - TQDK-dan bildirilib.

Bu gündən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq və nəticələr yaxın günlərdə elan ediləcək.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı TQDK-nın internet saytından və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol