• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Bakıda atəşfəşanlıq olacaq

Bu gün Bakıda atəşfəşanlıq olacaq
15.03.2016 11:12
Bakıda "İlaxır çərşənbə” bayramı keçiriləcək.

Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, 15 mart 2016-cı il tarixdə Mərkəzi Parkda Bakı Şəhər İcra Hakimiyyəti xalqımızın Milli bayramı -  "İlaxır çərşənbə” gününü təntənəli şəkildə təşkil edəcək:

"Martın 15-də saat 10.30-da  metronun "İçərişəhər” stansiyası və  Bakı Şəhər İcra Hakimiyyəti binasının arasındakı sahədən  Novruz personajları – Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl  və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiətilə böyük karvan Suraxanı "Atəşgahı”na yola düşəcək.

Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi ilə Heydər Əliyev Sarayının yanından keçməklə Bülbül prospekti, Xəqani, Nizami küçələri ilə Xətai heykəli və fəvvarənin yanından keçəcək. Və oradan Heydər Əliyev prospektinə çıxıb, metronun "Koroğlu”stansiyasının qarşısından keçib, Hava limanı avtomagistralı ilə hərəkət edərək Suraxanı "Atəşgah”ına yola düşəcək. 

Atəşgahdan od götürən bayram karvanı geriyə qayıdaraq Hava Limanı avtomagistralı, metronun "Koroğlu” stansiyasının yanındakı "Alov” fontanın qarşısından keçərək Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, 28 May küçəsi, Rəşid Behbudov prospekti, Füzuli küçəsi və  Heydər Əliyev Sarayından keçib Şəhər Mərkəzi Parkda Bayram ("Qış bulvarı” - red.) Tonqalı alovlandırılacaq və Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaqdır”.

Bakı Şəhər İcra Hakimiyyəti Bakı sakinlərini, şəhərimizin qonaqlarını və xalqımızı Novruz bayramı münasibətilə təbrik edir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol