• $
  • €
  • ₽
  • ₺
  • £

ADU tələbələri AMEA-nın nəzdində fəaliyyət göstərən daimi sərgidə iştirak ediblər

ADU tələbələri AMEA-nın nəzdində fəaliyyət göstərən daimi sərgidə iştirak ediblər
15.03.2016 15:15
Bu günlərdə Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə universitetin "SABAH” qrupları AMEA-nın nəzdində fəaliyyət göstərən daimi sərgidə iştirak ediblər.
 
 
ADU tələbələri Akademiyanın ayrı-ayrı müvafiq institutlarının elmi-tədqiqat laboratoriyalarının çap və yaradıcı məhsulları ilə yaxından tanış olub, tədqiqat tipli, praktik əhəmiyyət daşıyan problemlərin həlli yolunda aparılan nəzəri və təcrübi araşdırmaları, əlyazmaları və hazır məhsulları canlı müşahidə ediblər. Tədbirdə iştirak edən tələbələrin böyük bir qismi sərgidən aldıqları xoş təəssüratları ümumiləşdirərək rəy dəftərinə bu sərgi haqqında öz fikirlərini qeyd ediblər.
 
 
Tədbir çərçivəsində tələbələrin tanınmış elm xadimləri ilə görüşü zamanı onlara müasir dövrdə elm və islahatda olan təcrübi proseslər, milli yaddaş mənəviyyatına gənc nəslin yeni münasibəti, habelə elmin inkişafında pedaqoji bilikləri mənimsəməyin əhəmiyyəti haqqında ətraflı məlumat verilib.
 
 
Tələbələr üçün nəzərdə tutulan geniş müzakirədə iştirak edən nümayəndələr öz maraqlı çıxışları ilə bu görüşün tarixi bir an olduğunu vurğulayıblar.
 
 
Sonda görüşün təşkilatçıları ADU-nun SABAH qrupu tələbələri ilə keçirilən bu cür "açıq dərslərin” əhəmiyyətindən, onun gənc nəslin elm və ideya istiqamətində maarifləndirilməsinə təsirindən söz açaraq, bu tədbirin ümumxalq və ümumdövlət səviyyəli bir iş olduğunu qeyd edib, bir daha tədbir iştirakçılarına öz təşəkkürlərini bildirib, belə görüşlərin ənənəyə çevrilməsini arzulayıblar.
 




www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol