• $
  • €
  • ₽
  • ₺
  • £

Fəzail İbrahimli Abutalıbovu tənqid etdi

Fəzail İbrahimli Abutalıbovu tənqid etdi
15.03.2016 14:10
"Milli Məclis təkcə qanunverici orqan deyil, həm də xalqın ümid qapısıdır".
 
"Report"un məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında hökumətin illik hesabatının müzakirəsi zamanı deputat Fəzail İbrahimli deyib. O hökumətin bəzi üzvlərinin əhaliyə və deputatlara açıq olmamasından şikayətlənib: "Hökumət üzvlərindən üz döndərənlər bizə üz tuturlar. Çünki biz sonuncu şikayətçini, seçicini qəbul edib, dinləyib qurtarana kimi Milli Məclisdən getmirik. Ona görə də hörmətli hökumət üzvləri, qapılarınızı insanların ümid yeri, elçisi olan deputatların üzünə açın. Qapılar var ki, taybatay açılır. Qapılar da var ki, oradan bir quş da uça və ya içəri girə bilməz.

Kim baş nazir Artur Rasizadədən inciyə bilər? Təbii ki, heç kim. Çünki onun qapısı hər zaman deputatların üzünə açıqdır. O, məmur əxlaqı məktəbinin yaradıcısıdır. Kim deyə bilər ki, daxili işlər naziri Ramil Usubovun qəbuluna düşə bilmir? O, hər zaman millət vəkillərinə qarşı sayğılı davranışı ilə seçilir. Bu, heç də yarınma deyil, mənim kiməsə yarınmağa ehtiyacım yoxdur. Amma kim deyə bilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin başıcısının qapısı onun üzünə açıqdır? Bunu kim deyərsə, adı yəqin ki, "Ginnesin rekordlar kitabı"na düşə bilər".


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol