• $
  • €
  • ₽
  • ₺
  • £

"Metropoliten" ödənişsiz kurslara başladı - FOTOLAR

"Metropoliten" ödənişsiz kurslara başladı - FOTOLAR
15.03.2016 16:35

Fevralın 25-də «Bakı Metropoliteni» QSC tərəfindən «Qatarın qəbulu və yola salınması üzrə növbətçi» peşəsi vəzifəsi üçün elan edilmiş müsabiqə başa çatıb.
 
Qurumun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, martın 14-dən etibarən Təlim-Tədris Mərkəzində 1 aylıq ödənişsiz kurslara start verilib. Həftənin hər iş günü 4 qrupdan ibarət 2 saat müddətində keçiriləcək peşə dərsləri metropolitenin mütəxəssisləri tərəfindən tədris olunacaq . Kursu bitirən namizədlərdən sınaq imtahanlarını uğurla keçənlər Hərəkət xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcəklər.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 2200 müraciət daxil olmuşdu. Metropolitenin peşəkar mütəxəssislərindən ibarət kadr komissiyası ilkin seçmələrdən sonra 500 nəfəri müsabiqəyə dəvət etmişdi. Qeyd olunan tələblərə cavab verən 500 namizəddən 82 nəfər kadr komissiya tərəfindən kurslara cəlb olunub.
 
Məlumat üçün bildirək ki, əvvəllər bu peşə üzrə işə qəbul olunmaq üçün müraciət edənlər 3 ay sınaq müddətinə işə götürülürdü. Bu müddət ərzində təlimatları mənimsəyən, müəyyən təcrübə toplayan işçilər imtahan verdikdən sonra peşə bacarıqlarının qənaətbəxş olub-olmaması bəlli olurdu. Bu isə, həm zaman itkisinə, həm də peşəkar kadr çatışmazlığına səbəb olurdu. Əksəriyyəti xanımlardan ibarət olan növbətçi peşəsinə, hazırda oğlanların da marağı artıb.
 




www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol