Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sayı artırıldı

Qərarı baş nazir Artur Rasi-zadə imlazalayıb
Azərbaycan Nazirlər Kabineti "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda dəyişikliklər edib.
"Report"un xəbərinə görə, qərarı baş nazir Artur Rasi-zadə imlazalayıb.
Dəyişiklik ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların artırılması ilə bağlıdır.
Dəyişikliyə əsasən, təsnifatın "Humanitar və sosial ixtisaslar qrupu"nun Jurnalistika bölməsinə Media və kommunikasiya sistemləri və Televiziya və radio yayımları menecmenti ixtisasları əlavə edilib.
"Mədəniyyət və incəsənət ixtisasları qrupu"nun Xoreoqrafiya sənəti bölməsinə isə Rəqs sənəti üzrə müəllim-tədqiqatçı ixtisası artırılıb.
Bundan başqa, "Texniki və texnoloji ixtisaslar qrupu"nun Kosmik texnika və texnologiyalar mühəndisliyi bölməsinə Kosmik infokommunikasiya texnologiyaları və Kosmik aparatlar və idarəetmə sistemləri ixtisasları əlavə olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























