• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Hamı onları aldadan məmurlardan təngə gəlib

Deputat: Hamı onları aldadan məmurlardan təngə gəlib
15.03.2016 18:54
Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin illik hesabatının müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Yevda Abramov əhalinin qeyri-qanuni borclarla yüklənməsindən şikayətlənib və özünə də "Azərişıq” tərəfindən haqsız olaraq 780 manat borc yazıldığını bildirib.

APA-nın məlumatına görə, Y.Abramov tək elektrik enerjisi borcları ilə bağlı deyil, bir sıra sahələrdə məmurlar tərəfindən əhalinin incidildiyini bildirib.

Onun sözlərinə görə, apardığı araşdırma nəticəsində məlum olub ki, əhaliyə yüklənən belə borclar milyon manatlarladır:

"Bu nədir belə? Bu yəqin ki, aidiyyəti məmurların yeyintiləridir və indi əhalinin üzərinə yazıb prezidentdən maliyyə amnistiyası gözləyirlər”.

Y.Abramov bildirib ki, seçildiyi Quba rayonunda belə hallardan əziyyət çəkənlər yüzlərlədir:

"Sonra da deyirlər Qubada üsyan qalxıb. Niyə qalxmasın? O gün də 100-dən çox sakin etiraza qalxmışdı. Mən və icra başçısı da ordaydıq. Hamı prezidentə inanır, amma onları aldadan məmurlardan təngə gəlib”.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol