• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-nın Birləşmiş Veteranlar Şurasının növbəti iclası keçirilib

AMEA-nın Birləşmiş Veteranlar Şurasının növbəti iclası keçirilib
29.05.2020 03:23
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Birləşmiş Veteranlar Şurasının növbəti iclası keçirilib.

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan şuranın sədr müavini, II Xüsusi şöbənin rəisi Eldar Quliyev ilk olaraq bayram münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik edib, onlara ən xoş arzularını çatdırıb. E.Quliyev bu müddət ərzində görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıb. Azərbaycan Respublikası Veteranlar Şurasının nizamnaməsində göstərilən tövsiyələrə uyğun olaraq AMEA-nın Birləşmiş Veteranlar Şurasının veteran fəallarının əməyinin stimullaşdırılması, ehtiyacı olan veteranlara yardım edilməsi, yerlərdə veteran şuralarının işinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətindən bəhs edib.

Sonra Birləşmiş Veteranlar Şurasının sədri, AMEA-nın müxbir üzvü Rafiq Qasımov çıxış edib. Alim dövlət tərəfindən veteranlara göstərilən diqqət və qayğıdan danışıb, şuranın işini yüksək səviyyədə həyata keçirməsini məhz bu qayğının nəticəsi kimi qiymətləndirib.

Akademiyada həyata keçirilən gənclər siyasətini də yüksək qiymətləndirən şura sədri AMEA-nın gəncləşməsi istiqamətində Akademiya rəhbərliyinin fəaliyyətinin veteranlar tərəfindən daim dəstəkləndiyini qeyd edib.

Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri, iqtisad elmləri doktoru İsa Alıyev də çıxış edib. Cari ildə ahıl alimlərin sosial vəziyyətinin və iş şəraitinin yaxşılaşdırılması istiqamətində  başlanılan işlərdən danışıb. AMEA-nın elmi müəssisələrində çalışan aztəminatlı veteranlara müavinətlərin verilməsi, onların digər güzəştli xidmətlərdən yararlanmaları, həmçinin sanatoriyalarda müalicəsi və istirahət etmələri üçün yeni mərkəzlərin inşasının yekunlaşdırılması işlərinin aparıldığını qeyd edib.

AMEA-da ilin ən yaxşı veteran alimi mükafatının təsis ediləcəyini vurğulayan İ.Alıyev mükafatın əldə edilməsi üçün müsabiqənin bu ilin yay aylarında keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Azad Həmkarlar İttifaqının sədri veteranlar arasında şeir müsabiqəsinin təşkil olunacağını da bildirib.

Daha sonra 2016-cı ildə veteranların həyat və iş şəraitinin yaxşılaşdırılması, onlara lazımi güzəştlərin edilməsi, eləcə də veteran alimlərin qrant layihələrə cəlb edilməsi kimi

 məsələlər müzakirə olunub. Tədbirdə veteranların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda veteranlara istirahət və müalicə olunmaları üçün yollayışlar təqdim edilib.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol