• $
  • €
  • ₽
  • ₺
  • £

“Respublika Gənclər Debat Forumu 2016” çərçivəsində tədbirlərə start verilir

“Respublika Gənclər Debat Forumu 2016” çərçivəsində tədbirlərə start verilir
17.03.2016 17:12
2000-ə yaxın gənci əhatə edəcək "Respublika Gənclər Debat Forumu 2016” layihəsi çərçivəsində tədbirlərə start verildi. Forumun tədbirləri 2 mərhələdə - "Yaz” və "Payız” sezonlarında həyata keçiriləcək. Forum DVC ("Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) və AR Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir.

AR Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda Multikulturalizm ili elan olunması ilə əlaqədar "Respublika Gənclər Debat Forumu 2016” "Yaz” sezonu çərçivəsində keçirilən təlimlər, turnir və forumların multikulturalizm mövzusu ətrafında, ölkədə yeni iqtisadi çağırışları nəzərə alaraq "Payız” sezonu çərçivəsində isə gənc sahibkarlara dəstək məxanizmləri mövzusunda həyata keçirilməsi planlaşdırılır. "Respublika Gənclər Debat Forumu 2016” layihəsinin yekun mərhələsinin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərində keçirilməsi nəzərdə tutulur.

Forum çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Ağdam, Şəki, Şəmkir, Qusar, İsmayıllı, Sabirabad, Lənkəran şəhərlərində keçirilən tədbirlər vasitəsi ilə 2000-dən artıq gəncin bir-bşa əhatə olunması nəzərdə tutulur. Forum çərçivəsində hər bir şəhərdə və eyni zamanda əsas ali təhsil müəssisələrində debat təlimləri, ekspert görüşləri, debat turnirləri keçiriləcək.

Respublika Gənclər Debat Forumu (bundan sonra – RGDF) 2010-cu ildən davamlı olaraq DVC tərəfindən "Milli Debat Proqramı” çərçivəsində həyata keçirilən ən genişmiqyaslı debat çempionatıdır. RGDF keçirilməsinin məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərar vermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakının təmin etməkdir. RGDF vəzifələrinə gənc natiqlərin yetişdirilməsi, gənclərin ictimai həyatda iştirakının stimullaşdırılması, könüllü hərəkatının inkişafı, cəmiyyətin maarifləndirilməsi daxildir. RGDF əsas tərəfdaşı AR Gənclər və İdman Nazirliyidir. 2015-ci ildə RGDF çərçivəsində tədbirlərdə 1600 gənc iştirak etmişdir.

Məlumat üçün qeyd edək ki, DVC-nin aparıcı proqramlarından biri olan "Milli Debat Proqramı” gənclərin maariflənməsi və intellektual gənclər şəbəkəsinin yaradılması məqsədi daşıyır. Proqram vasitəsilə gənclərə debat metodologiyası, sosial aktivlik və digər bilik, bacarıq və dəyərlər aşılanılır. Proqram respublikanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə etməklə, 11 Regional Debat Mərkəzini, ali və orta təhsil müəssisələrində Debat Klublarınu özündə birləşdirir. Bu günə qədər Milli Debat Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdə 40.000-dən artıq gənc iştirak etmişdir. 2015-ci il ərzində Proqram çərçivəsində 280 tədbir həyata keçirilmiş, 1600 gənc əhatə olunmuşdur.

Əlavə məlumat üçün: 012 497 08 46, DVC Baş Ofisi.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol