• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı girovla bağlı müəmma

Azərbaycanlı girovla bağlı müəmma
17.03.2016 23:48
Erməni girovluğunda saxlanan Şahbaz Quliyev Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşıları ona baş çəkib ailəsindən məktub çatdırdığı zaman, cavab məktubu yazmaqdan imtina edib. Modern.az saytı xəbər verir ki, bu barədə anspress-ə girovun bacısı İradə Quliyeva məlumat verib.

Onun sözlərinə görə, martın 10-da BQXK əməkdaşları qardaşına və Dilqəm Əsgərova baş çəkib hər ikisinin məktubunu çatdırıblar. Dilqəm məktub yazsa da, Şahbaz cavab yazmaqdan imtina edib: "O, bizə sonuncu dəfə yanvar ayının 29-da məktub yazıb. Ondan sonra iki dəfə məktub yazsam da cavablandırmır. BQXK əməkdaşları isə bizə sadəcə onun cavab yazmadığını deyirlər. Onun məktub yazmaması bizi narahat edir. Taleyindən nigaranıq”.

Şahbaz Quliyevin ailəsinə məktub yazmamasının səbəbləri ilə bağlı sualları cavablandıran BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirdi ki, saxlanan şəxslərin ailələrinə məktub yazıb-yazmaması qurumun səlahiyyətində olan məsələ deyil: "Əməkdaşlarımız saxlanan şəxslərin hansı səbəbdən məktub yazmaması ilə maraqlanmır. Biz sadəcə yazılan məktubları çatdırırıq və ailələrinə onların saxlanma şəraiti və vəziyyəti barədə məlumat veririk”.

2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüblər. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu müqavimət göstərdiyi üçün öldürüblər. Ermənilər hər 3 azərbaycanlını diversant kimi təqdim ediblər.

Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə "hökm” çıxarıb.

Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar. 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol