• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının bu yolları bağlandı

Bakının bu yolları bağlandı
19.03.2016 10:43
Sürücülərə şəxsi maşınları ilə yola çıxmamaq tapşırıldı.

Novruz bayramı tədbirlərinin keçirilməsi ilə paytaxtın bir sıra yolları bağlanıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, mərkəzə yaxın, bayram tədbirləri keçirilən ərazidə olan bir çox yollarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbirlər planı hazırlanıb. Bu plana uyğun olaraq Qoşa Qala qapısından başlayaraq İçərişəhər, Qız Qalası, qalanın ətrafı, Azneft meydanından başlayaraq Neftçilər prospekti ilə izdihamlı Novruz tədbirləri olacaq.

Bu məqsədlə həmin ərazilərlə kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoymaqla istiqaməti dəyişmək nəzərdə tutulub. Bu da bayram tədbirlərinə qatılmaq istəyənlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

V.Əsədov ANS PRESS-ə bildirib ki, bayramla bağlı olaraq Babək prospektinin Yusif Səfərov küçəsindən hava limanı, Nərimanov, Gənclik stansiyası istiqamətində, həmçinin Y.Səfərov Afiəddin Cəlilov küçələrinin kəsişmələrindən yalnız 10-cu zavod dairəsi istiqamətində, Yusif Səfərov Cavanşir körpüsü kəsişməsindən yalnız geriyə - 10-cu zavod dairəsinə, Yusif Səfərov 28 May küçəsindən yalnız düz - Rəşid Behbudov küçəsi istiqamətində, həmçinin Bakı-Salyan yolunun 14-cü km-dən ancaq sola - 3-cü Dairəvi yolla, eyni zamanda Bayıl qəsəbəsindən Bayraq Meydanı istiqamətində, Xanlar küçəsi iə Fəxri Xiyaban, Mehdi Hüseyn, ümumiyyətlə Badamdar qəsəbəsi istiqamətində, 20-ci sahə dairəsindən Dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə Mikayıl Müşviq küçəsi, Qurd qapısı istiqamətində, Neftçilər prospektində kəsişən Bülbül, Səməd Vurğun, Rəşid Behbudov və digər küçələrdə hərəkət məhdudlaşdırılıb və istiqamət dəyişdirilib.

"Nəqliyyat sahibləri qeyd edilən ərazilər üzrə tıxaclar, qəzalar, sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməlidir. Ən yaxşısı isə şəhərin mərkəzinə doğru şəxsi maşınlardan istifadə etməmək, bu istiqamətlər üzrə ictimai nəqliyyatdan istifadə etmək tövsiyyə edilir. Bu məhdudiyyət gün boyu davam edəcək. Vəziyyət və şəraitdən asılı olaraq Neftçilər prospekti və Dənizkənarı bulvar boyu nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyətin qoyulması, istiqamətin dəyişməsi həyata keçiriləcək.

Tədbirərin keçirildiyi bütün küçələr tam nəzarətdədir, təhlükəzilik üçün bütün zəruri tədbirlər həyata keçiriləcək". 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol