• $
  • €
  • ₽
  • ₺
  • £

"Formula-1" Bakı Qran-prisinin səfiri qəzaya düşdü

"Formula-1" Bakı Qran-prisinin səfiri qəzaya düşdü
20.03.2016 17:00
"Formula-1"in Avstraliyada keçirilən mərhələsi qırmızı bayraqla dayandırılıb. ANS PRESS-in məlumatına görə, buna səbəb yarış zamanı qəzanın baş verməsi olub. Melburnda yerləşəb trasın 18-ci km-də iki avtomobil toqquşub. "Maklaren" komandasından ispaniyalı Fernando Alonso "Haas" komandasından olan meksikalı Esteban Qutyerresi ötməyə çalışıb. Alonso rəqibinin avtomobilini arxadan zədələsədə nəticədə özü trassdan çıxıb və avtomobili çevrilib. 

Heç bir idmançı ciddi xəsarət almayıb və yarışı müstəqil şəkildə tərk edə biliblər.  Lakin yürüşü işıqlandıran jurnalistlərin dediyinə görə, Alonso axsayaraq yarış ərazisini tərk edib. Hadisədən sonra Alonso şəxsi "İnstagram"səhifəsində insidentlə bağlı foto paylaşıb.

Təşkilatçılar yarışı bir müddətlik saxlamaq məcburiyyətində qalıblar. Yarış zamanı finlandiyalı Kimi Raykonnenində başına iş gəlib. Onun "Ferrari"si pit-stopda alışıb. Avstraliya Qran-prisinin qalibi "Mercedes"in pilotu Niko Rosberq olub. 

"Formula-1" üzrə Dünya Çempionatının ikiqat qalibi və hal-hazırda "McLaren Honda” komandasının heyətində yarışan pilot Fernando Alonso Formula 1 Avropa Qran Pri yarışının rəsmi elçisi seçilib. Alonso 8-9 mart tarixlərində Bakıya ikigünlük səfər edib.

Fernando Alonso "Formula 1" tarixinin ən uğurlu və ən məşhur pilotlarından biridir. İspaniyalı pilot iki dəfə dünya çemiponu tituluna yiyələnib, 32 dəfə Qran Pri yarışının qalibi adına layiq görülüb və 97 dəfə podiuma çıxıb. F.Alonso eyni zamanda bir vaxtlar İspaniyada keçirilmiş Avropa Qran Pri yarışlarının qalibi olmuş azsaylı pilotlardan biri kimi tarixə düşüb.
O, 2012-ci ildə Valensiyada baş tutmuş sonuncu Avropa Qran Pri yarışı daxil olmaqla məhz bu Qran Pri yarışlarında ümumilikdə 3 dəfə birincilik əldə edib. O, hal-hazırda "McLaren Honda” komandasının heyətində yarışır.







www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol