• $
  • €
  • ₽
  • ₺
  • £

Tramvaylı Bakı qayıdacaqmı?

Tramvaylı Bakı qayıdacaqmı?
22.03.2016 12:05
Tramvayların ictimai nəqliyyatın ilk növü olduğunu desək, yanılmarıq. Bu gün də dünyanın bir çox inkişaf etmiş ölkələrində tramvaylardan geniş istifadə olunur. Bir vaxtlar Bakıda da mövcud olan tramvaylar sonradan müxtəlif səbəblərdən istismardan çıxarıldı. Lakin bu gün paytaxtımızda tramvayların fəaliyyətinin bərpa edilməsi yenidən gündəmə gəlib və hətta Nazirlər Kabinetinə təqdim olunan "Böyük Bakının Regional İnkişaf Planı"nın layihəsində də öz əksini tapıb.

Məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, Bakıda tramvayların fəaliyyətinin bərpa edilməsi müsbət hal olardı: "Lakin bunun üçün qarşıda iki əsas məsələ dayanır. Birincisi, tramvay yolu üçün məkan tapmaq lazımdır, çünki tramvay yolu konkret küçələrdə, prospektlərdə yer tutmalıdır, o cümlədən, tramvay parkı olmalıdır. Bu məkanın müəyyən edilməsi elə də asan məsələ deyil. Çünki bu gün Bakının yollarında sıx hərəkət var, hətta hansısa bir yolda təmir işi aparanda nəqliyyat vasitələrinin sıxlığı yaranır. Belə bir vəziyyətdə tramvay yolu çəkmək çox çətin işdir, lakin mümkündür”.

Ə.Hüseynovun fikrincə, tramvayların bərpa edilməsi üçün ikinci məsələ maliyyə vəsaitinin tapılmasıdır: "Tramvayların bərpa edilməsi üçün böyük məbləğdə vəsait lazımdır. Tramvay xətlərinin tikilməsi, tramvay parkının yaradılması, tramvayların alınıb Bakıya gətirilməsi xeyli vəsait tələb edir. Tramvayların qiyməti avtobuslardan bahadır. Burada bir məsələ də var ki, tramvay rentabelsiz nəqliyyat növüdür, çünki ictimai nəqliyyat olduğu üçün qiymətini qaldırmaq olmur. Bu baxımdan tramvayların bərpasına sərf edilən vəsaiti sərnişinlərin gediş haqqı ilə geri qaytarmaq da asan məsələ deyil. Burada gərək dövlət dotasiyaları ayrılsın. İndiki vaxtda bunun nə dərəcədə mümkün olmasını demək çətindir”.

Ekspert hesab edir ki, yuxarıda qeyd olunan məsələlər həll olunsa, tramvayların fəaliyyəti bərba edilsə, çox yaxşı olardı: "Tramvay elektriklə işləyən nəqliyyat vasitəsidir, bu, həm ekoloji cəhətdən, həm də sərnişin tutumu baxımından çox faydalıdır”. //trend.az


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol