Paytaxtda bina yandı - 20 nəfər təxliyyə olundu

Bu gecə Bakı şəhəri, Səbail rayonunda ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 35 kv.m olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.
ANN.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə edilib. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 04:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sosial səhifələrdə paylaş
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























