Brüsseldəki partlayışlarda Azərbaycan vətəndaşlarının xəsarət alıb-almaması araşdırılır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkənin Belçikadakı səfirliyinə Brüssel hava limanında iki partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırmağı tapşırıb.
Bunu Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Qeyd edək ki, bu gün Brüssel aeroportunda baş vermiş partlayışlar nəticəsində 11 nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisədən sonra bütün reyslər ləğv edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























