Azərbaycan aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirildi

"Azərbaycan Hava Yolları” QSC (AZAL) Heydər Əliyev Beynəlxalq Hava Limanında, eləcə də ölkənin regionlarındakı aeroportlarda təhlükəsizlik tədbirlərini gücləndirib.
Bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
P.Kəsəmənski qeyd edib ki, bu gün Brüssel aeroportunda baş vermiş terror aktı ilə əlaqədar olaraq, AZAL rəhbərliyinin tapşırığı ilə müvafiq tədbirlər görülüb.
Onun sözlərinə görə, ölkə aeroportlarının bütün təhlükəsizlik xidmətləri işçiləri aviasiya təhlükəsizliyi rejiminin gücləndirilməsi ilə əlaqədar təlimat alıblar.
Qeyd edək ki, Azərbaycanın mülki aviasiya obyektləri mütəmadi yoxlamadan keçir və plan üzrə nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























