Bakıda daha bir yanğın, 30 nəfər təxliyə olunub

Bakıda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda hazırda məcburi köçkünlərinin məskunlaşdığı birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 720 kv.m sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Yanğın saat 02:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























