İntiqam Əliyev martın 28-də azadlığa buraxıla bilər

Baş prokuror Zakir Qaralov hüquq müdafiəçisi İntiqam Əliyevə verilən cəzanı ağır hesab edib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, bu barədə vəkil Cavad Cavadov məlumat verib.
O bildirib ki, Baş prokuror İntiqam Əliyev barəsində seçilən qərarın ağır olmasına dair əlavə kassasiya protesti verib: "Martın 28-i saat 12-ə plenum təyin olunub. İntiqam Əliyev həmin gün buraxıla bilər".
Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirləndirilib. İntiqam Əliyev Bakı Ağıt Cinayətlər Məhkəməsinin hökme ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























