"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişib

"BakuBus" MMC 3 nömrəli marşrut xəttinin istiqamətində dəyişiklik edib.
MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın "APA-Economics"ə verdiyi məlumata görə, bu addım Bakı Nəqliyyat Agentlyinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq atılıb.
"Martın 25-dən etibarən "BakuBus"a məxsus 3 nömrəli marşrut xəttinin son dayanacağı metronun "Azadlıq prospekti" stansiyasının önü deyil, Atatürk prospektindən sonra Şövkət Məmmədova və Abay Kunanbayev küçələri ilə keçməklə metronun "Dərnəgül" stansiyasının önü olacaq. Hərəkət istiqamətinin dəyişdirilməsi səbəbindən 3 nömrəli marşrut xətti Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrindən keçməyəcək", - deyə o qeyd edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























