• $
  • €
  • ₽
  • ₺
  • £

Təcili yardıma müraciətlər artdı

Təcili yardıma müraciətlər artdı
25.03.2016 18:11
"Novruz bayramı günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BTTTYS) daxil olan müraciətlərin sayı 10%-ə qədər artıb”.
 
Bu barədə ANS PRESS-ə BTTTYS-nin baş həkimi Rauf Nağıyev məlumat verib. Onun sözlərinə görə, adi günlərdə təcili yardıma 2000-2100 çağırış olurdusa, hazırda bu rəqəm 2300-dür: "Buna səbəb poliklinikaların əməkdaşlarının bayram günlərində istirahət etməsidir. Düzdür, bütün polikliniklarda da növbətçilər təyin edilib. Ancaq bu müəssisələrin işləməməsi bizə müraciətlərin sayının artmasına səbəb olub. Ancaq hazırda bütün tibb müəssisələri əhaliyə təcili tibbi yardım xidməti göstərir”.


Baş həkimin sözlərinə görə, əhalinin müraciətlərinin əsas hissəsi mövsümi xarakterli xəstəliklərlə bağlıdır: "Yaşlı, eyni zamanda ürək, qan-damar sistemi xəstəlikləri olan insanlar bizə daha çox müraciət edir. Belə insanlara əsas təsir edən amil iqlimin tez-tez dəyişməsidir. Bundan başqa bayram günlərində baş verən qəzalar da təcili yardıma müraciət edənlərin sayını artırıb”.

R. Nağıyev istirahət günlərində bayramla əlaqədar heç bir çağırışın qeydə alınmadığını da əlavə edib: "Bayram günlərində qidadan zəhərlənmə, yaxud yeməkdən halı pisləşdiyi üçün müraciət edən olmayıb”.  

Nazirlər Kabinetinin qərarı ilə mart ayında Novruz Bayramı ilə əlaqədar 8 gün qeyri-iş günü olması barədə qərar qəbul edilib. 20, 21, 22, 23, 24 mart Novruz bayramı kimi qeyd edilib. 

20 mart bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdirilərək 25 martın qeyri-iş günü olmasına qərar verilib. 26 və 27 mart tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyindən bayramda ardıcıl 8 gün – 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixləri qeyri-iş günüdür.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol