• $
  • €
  • ₽
  • ₺
  • £

Polis müstəntiqi yol qəzasında yanaraq öldü

Polis müstəntiqi yol qəzasında yanaraq öldü
25.03.2016 22:09
Neftçalada 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report” xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun Xıllı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Neftçala rayon Polis şöbəsinin müstəntiqi Məlahət Mehdiyeva idarə etdiyi "Mercedes” markalı avtomobillə hərəkətdə olarkən "KamAZ” markalı avtomobillə toqquşub.

Şahidlərin sözlərinə görə, avtomobil alovlanmağa başlayıb. Hadisə yerinə FHN-in Neftçala Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və "təcili yardım" maşını cəlb edilib. Avtomobil söndürülüb. Qəza nəticəsində "Mercedes”in sürücüsü sıxılmış vəziyyətdə qaldığından sükün arxasıda dünyasını dəyişib. Yolun kənarına aşan "KamAZ”ın sürücüsü və salondakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda meyitin avtomobildən çıxarılması istiqamətində tədbirlər həyata keçirilir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol