• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlılar Türkiyədə yarım milyon dollarlıq toylar sifariş verirlər

Azərbaycanlılar Türkiyədə yarım milyon dollarlıq toylar sifariş verirlər
26.03.2016 17:00
Həmyerlilərimiz özlərinə dəbdəbəli toy mərasimləri təşkil edirlər.

Havalar isindikcə Türkiyədə də toy mövsümü başlanır. Lakin bu ölkədə toy biznesinin əsas gəlir mənbəyi Azərbaycan , İran və Rusiya kimi qonşu ölkələrdən özlərinə dəbdəbəli toylar sifariş verən zənginlərdir.

ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Türkiyədə zənginlərə ürəkləri istəyən kimi toy mərasimləri təşkil etmək üçün çoxlu məkanlar var. 

Nəticədə son illər təkcə qonşu ölkələrdən deyil, Avropa ölkələrindən də evlənmək üçün Türkiyəyə üz tutanlar artıb.

Belələri İstanbulun Bosfor boğazına açılan səmtlərindəki elit restoranlarda və otellərdə, habelə İzmirdə və digər məkanlarda özlərinə dəbdəbəli toy sifariş verirlər. 

Azərbaycan, İran və Rusiya kimi qonşu ölkələrdən toy sifariş verənlər qonaqların sayından asılı olaraq 200 min dollardan 500 min dollara qədər xərcləyə bilərlər. Lakin Avropadan olan sifarişçilər daha təvazökardırlar-onların sifarişləri 50-150 min dollar arasında dəyişir. Çünki daha az qonaq çağırırlar.

Xaricilər toy etmək üçün İstanbulun Qalata qülləsində, dəbdəbəli "Kempinski” otelində, "Çırağan” sarayında, Esma Sultan sarayında və digər tarixi yerlərdə də sifariş verirlər. İzmirdə isə onlar Egey dənizinin sahilindəki otelləri, Saime Sultan malikanəsini, digər məşhur məkanları seçirlər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol