"Bayram günlərində sərnişin sayı iki dəfədən çox artıb"

Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən daşınan sərnişinlərin sayı iki dəfədən çox artıb.
Bu barədə Trend-ə Kompleksin rəsmisi Məhəmməd Abdullayev məlumat verib.
Qurum rəsmisi bildirib ki, Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksi martın 15-dən 28-nə qədər gücləndirilmiş iş rejimində işləyib: "Bayram günlərində gün ərzində avtovağzaldan 17-18 min nəfər sərnişin daşınıb. Bayram öncəsi kənardan 250-dək sərnişin daşıyan nəqliyyat vasitəsi sərnişin daşımağa cəlb edilmişdi. Bu isə avtovağzalda sərnişin sıxlığının qarşısını almağa, sərnişinlərin rahat və təhlükəsiz mənzil başına çatdırılmasını təmin etməyə imkan verib".
M.Abdullayev bildirib ki, adi günlərdə avtovağzaldan gün ərzində 6-7, bəzi hallarda 8 min sərnişin daşındığı halda, bayram günlərində bu rəqəm 18 min nəfərə çatıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























