Bakıda məktəbliləri daşıyan mikroavtobus qəzaya düşdü

Zabrat-Kürdəxanı yolunda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
3 saylı Şəhər Klinik Xəstəxanasının qəbul şöbəsindən "Report"a verilən məlumata görə, buraya müxtəlif travmalarla 10 şagird gətirilib.
Onlara tibbi yardım göstərilib, bütün şagirdlər evə buraxılıb. "Çünki onların arasında səhhəti ağır olan olmayıb. Xəstələr müayinə olunduqdan sonra evlərinə buraxılıb. Uşaqların təxminən 10-12 yaşları olub. Onların heç birində sınıq və ya digər ciddi zədələr qeydə alınmayıb", - xəstəxanadan bildirilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























