• $
  • €
  • ₽
  • ₺
  • £

İntiqam Əliyev artıq evindədir - YENİLƏNİB

İntiqam Əliyev artıq evindədir - YENİLƏNİB
28.03.2016 20:05
 İntiqam ƏƏliyev bir az əvvəl azadlığa buraxılıb və o, artıq evindədir

 
 ***
 
Vəkil Cavad Cavadovun sözlərinə görə, yaxın saatlarda İntiqam Əliyev azadlığa buraxılacaq: "5 il şərti işlə azadlığa buraxılmaq bizi qane etməsə də, müsbətə doğru yaxşı addımdır".
 
İntiqam Əliyev 6 saylı cəzaçəkmə müəssisəsindədir. Hazırda vəkil həmkarları, eləcə də jurnalistlər İntiqam Əliyevi qarşılamaq üçün ora gedirlər.
 
Vəkil Cavad Cavadov jurnalistlərə açıqlamasında deyib ki, müdafiə tərəfi İntiqam Əliyevə bəraət verilməsi mövqeyindən geri çəkilməyib və bundan sonrakı mərhələdə də buna görə mübarizə aparacaqlar: "Amma biz Baş Prokurorluğun protestindəki İntiqam Əliyevin xəstəliyi məsələsinə etiraz etmədik". 
 
*** 
 
Martın 28-də Ali Məhkəmənin Plenumunda Baş prokuror Zakir Qaralovun həbsdə olan insan haqları üzrə vəkil İntiqam Əliyevlə bağlı əlavə kassasiya protestinə baxılıb. ANN.Az-ın məhkəmə qarşısında olan müxbirinin verdiyi xəbərə görə, qurumun qərarı ilə İntiqam Əliyev 5 il şərti cəza ilə azadlığa buraxılıb. 
 
Məhkəməyə yalnız vəkillər Cavad Cavadov və Şəhla Hümbətova buraxılıb. 

Hüquq Maarifçilik Cəmiyyətinin prezidenti İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. Hüquq müdafiəçisi qanunsuz sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünü qüvvədə saxlayıb.

İntiqam Əliyev ittihamları rədd edir və insan haqlarının müdafiəsi üçün gördüyü işlərə, xüsusən Avropa Məhkəməsinə göndərilən şikayətlərin hazırlanmasına və bu qurumda Azərbaycan vətəndaşlarının müdafiəsini gerçəkləşdirdiyinə görə cəzalandırıldığını bildirir.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı İntiqam Əliyevi «vicdan məhbusu» elan edib.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol