• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı və Gəncədə Türkiyə universitetlərinin sərgisi keçiriləcək

Bakı və Gəncədə Türkiyə universitetlərinin sərgisi keçiriləcək
28.03.2016 22:00

Azərbaycanın Bakı və Gəncə şəhərlərində böyük təhsil sərgiləri təşkil ediləcək.

"Report" xəbər verir ki, aprelin 2-3-də 12:00-dan 17:00-dək Bakıda "Park Inn" hotelində 20-dən çox Türkiyə universitetinin və yataqxanalarının iştirakı ilə növbəti xüsusiləşmiş təhsil sərgisi təşkil olunacaq.

Sərgidə tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək, türk universitetlərində pulsuz təhsil imkanları haqda da təqdimatlar keçiriləcək.
Sərgi müddətində seminarların keçirilməsi də nəzərdə tutulur.

Aprelin 5-də isə üçüncü dəfə olaraq Gəncədə Türkiyə universitetlərinin təhsil sərgisi təşkil olunacaq. Sərgi 12:00-17:00-dək "Ramada Plaza" hotelində təşkil ediləcək. Həmin sərgidə Türkiyənin bir çox dövlət və vəqf universitetləri təmsil olunacaq. Hər iki sərgidə Türkiyə səfirliyinin və həmin ölkənin təhsil müşavirliyinin iştirakı da nəzərdə tutulur.

"Akademi Group” Xaricdə Təhsil Mərkəzinin təşkil etdiyi sərgilərdə iştirak ödənişsizdir.
Sərgilərdə Boğaziçi Universiteti, Bahçeşehir Universiteti, İstanbul Aydın Universiteti, Beykent Universiteti, Uluslararası Kıbrıs Universiteti, Celal Bayar Universiteti, Bilkent Universiteti kimi bir çox məşhur universitetlər iştirak edəcəklər. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol