Qaçırılan Misir təyyarəsinin bütün sərnişinləri azad olundu

Qaçırılan Misir təyyarəsinin bütün sərnişinləri azad olunub.
APA-nın xəbərinə görə, təyyarənin ekipaj üzvlərinin taleyi ilə bağlı hələlik məlumat yoxdur.
"Al-Arabiya” telekanalı öz mənbələrinə istinadən bildirir ki, təyyarədə partlayıcı qurğu olmayıb. Hazırda təyyarəni qaçıran şəxslə danışıqlar aparılır. Avialaynerin olduğu əraziyə hərbçilər gətirilib.
Yunanıstanın "Proto tema” qəzeti isə İ. Samahanın keçmiş həyat yoldaşının hazırda aeroporta aparıldığı haqqında məlumat yayıb. Təyyarəni qaçıran İ. Samaha Larnaka aeroportunun rəhbərliyinə həmin qadınla görüşmək istədiyini bildirib. Qadının hazırda Kiprdə yaşadığı bildirilir.
"Burc-əl-Ərəb" aeroportunun rəhbəri təyyarəni qaçıran şəxsin Atlanta universitetində müəllim işlədiyini istisna etmir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























