• $
  • €
  • ₽
  • ₺
  • £

Psixi xəstənin psixiatriya stasionarından çıxarılma qaydası dəyişdirilir

Psixi xəstənin psixiatriya stasionarından çıxarılma qaydası dəyişdirilir
29.03.2016 13:58
Azərbaycanda psixi xəstənin psixiatriya stasionarından çıxarılma qaydası dəyişdirilir. 

"Report"un məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında "Psixiatriya yardımı haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinin 29-cu maddəsinin 29.3-cü bəndinə dəyişiklik edilməsi təklif olunub.

Dəyişiklik layihəsinə əsasən, psixi pozuntusu ilə əlaqədar barəsində (mövcud: məhkəmə qətnaməsi ilə barəsində) tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxs psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmənin qərarı əsasında çıxarılır.
Layihə barədə məlumat verən komitə sədri Əhliman Əmiraslanov deyib ki, bu dəyişiklik "Cinayət- Prossesual Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanuna uyğunlaşdırma məqsədi daşıyır: "Burada tədbirlər müxanizmi daha da təkmilləşdirilib. Belə ki, "Cinayət- Prossesual Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda psixi pozuntusu olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələlərinə məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdriyyətinin təqdimatı və həkim- psixiatr komissiyasının rəyi mütləq şəkildə nəzərə alınmaqla, həmin tədbirlərin tətbiq edildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılması nəzərdə tutulur".

Qeyd edək ki, təklif olunan dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol