• $
  • €
  • ₽
  • ₺
  • £

TQDK: Abituriyentlərin 9.4%-i imtahanda 20-dən aşağı bal toplayıb

TQDK: Abituriyentlərin 9.4%-i imtahanda 20-dən aşağı bal toplayıb
29.03.2016 14:57
I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 59.3%-i 200-dən az bal toplayıb

2015-ci ildə keçirilən I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 59.3%-i 200-dən az bal toplayıb. Tələbə Qəbulu üzrə Dövlət komissiyasından APA-ya verilən xəbərə görə, ötən il abituriyentlərin 59.3 faizi imtahandan "2”, 15.2%-i "3”, 17.8%-i "4”, 7.6%-i isə "5” qiymət alıb. 2014-cü ildə isə bu göstəricilər, uyğun olaraq, 64.7%, 13.6%, 15.7%, 6.0% olub.
 
Qeyd olunub ki, bu il "2” qiymət alanların faizi nisbətən azalıb, "3”, "4” və "5” qiymət alanların faizi artıb: "Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Ali məktəblərə qəbul olanların 34.1%-ni "3”, 45.6%-ni "4”, 19.6%-ni isə "5” qiymət alanlar təşkil edib. 2014-cü il bu göstəricilər, uyğun olaraq, 29.9%, 40.2%, 15.5% olub.
 
V ixtisas qrupu üzrə Bu imtahanlarda toplanılması mümkün olan maksimal bal 90-dır. Bu qrup üzrə qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 9.4%-nin topladığı bal 20-dən aşağıdır. Nəzərə alsaq ki, buraxılış imtahanlarında doğru cavabların sayı ana dili və riyaziyyat fənlərindən 8-dən, xarici dil fənni üzrə 6-dan az olduqda qiymət "2” hesab olunur, bu halda qəbul olan abituriyentlər seçməsində "2” qiymət alanlar yoxdur. Qəbul imtahanlarında iştirak edənlərin əksəriyyətinin imtahan nəticəsi (30–40) bal diapazonunda yerləşdiyi halda, qəbul olan abituriyentlərin nəticəsi əsasən (50–60) bal diapazonunda yerləşir. 
 
Təəssüflə qeyd etmək lazımdır ki, bu il Sədərək, Xızı, Ağsu, Astara, Lerik, Xocalı, Xaçmaz, Ağdaş, Sabirabad, Yardımlı, Quba, Şəmkir və Goranboy rayonlarının cari il məzunlarını təmsil edən abituriyentlərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol