• $
  • €
  • ₽
  • ₺
  • £

Hacı olmaq istəyənlər AZAL ilə uçacaqlar

Hacı olmaq istəyənlər AZAL ilə uçacaqlar
29.03.2016 17:48
Sənəd qəbulunu yalnız QMİ aparır.

Azərbaycandan bu il ilk dəfə olaraq, zəvvarların Həcc ziyarətinə gediş-dönüşünü "Azərbaycan Hava Yolları” (AZAL) həyata keçirəcək. 

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, hər iki istiqamətdə uçuşu yerli aviaşirkət həyata keçirəcəyi üçün biletlərin qiymətlərində güzəştlərin edilməsi gözlənilir.

Xatırladaq ki, ötən ilə qədər Səudiyyə Krallığı ilə gəlinən razılığa əsasən, zəvvarların geri dönüşünü kral ailəsinə məxsus aviaşirkətlər həyata keçirib. Sonuncu dəfə bu, "Flynas air" şirkəti olub.

Qeyd edək ki, bu il ilk dəfə olaraq Azərbaycanda Həcc ziyarətinin təşkili gecikir. Buna səbəb ziyarət qiymətləri barədə tam dəqiqləşmənin olmaması göstərilir. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib. Ötən Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 4700 dollar olub. 

Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. 

Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol