“Son zəng”in vaxtı açıqlandı

Bu il ümumi təhsil müəssisələrində "Son zəng" tədbirinin keçiriləcəyi vaxt açıqlanıb.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilən dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
"Bununla əlaqədar, "Son zəng" tədbirləri iyunun 14-də keçiriləcək", - deyə nazirlikdən bildirilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























