• $
  • €
  • ₽
  • ₺
  • £

Çin nümayəndə heyəti ADU-da - Fotolar

Çin nümayəndə heyəti ADU-da - Fotolar
30.03.2016 16:00
Bu gün Çinin "Ququn” ("Qadağan şəhər”) muzeyinin direktoru Şan Di Syanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində onlar Azərbaycan Dillər Universitetində (ADU) oldular.
 
Universitetin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, nümayəndə heyətini universitetdə görməkdən məmnun olduğunu bildirən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov ali təhsil müəssisəsinin tarixi və beynəlxalq əlaqələri haqqında məlumat verdi.
 
O, Dillər Universitetində 22 dilin tədris olunduğunu, 17 dil və mədəniyyət mərkəzi ilə yanaşı Çin dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərdiyini görüş iştirakçılarının diqqətinə çatdırdı. Professor Dünyamin Yunusov Çin dili və mədəniyyəti mərkəzinin elmi, mədəni və maarifləndirici fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verdi. O, eyni zamanda Azərbaycanda nəşr olunan ilk milli Çin dili dərsliyinin məhz ADU-da Çin dili və mədəniyyəti mərkəzi tərəfindən  hazırlandığını vurğuladı. Bundan əlavə Dünyamin Yunusov universitetdə "Konfutsi İnstitutu”nun açılacağını da bildirdi. O, həmçinin ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasında təhsil alan 10 nəfər tələbənin universitet hesabına hazırda Çinin Şenyan Pedaqoji Universitetində təhsil aldığını sözlərinə əlavə etdi.
 
 
Öz növbəsində "Ququn” muzeyinin direktoru Şan Di Syan ADU-da olmaqdan məmnunluğunu dilə gətirdi və səmimi qəbula görə professor Dünyamin Yunusova təşəkkür etdi. O, rəhbərlik etdiyi muzey haqqında ətraflı məlumat verdi. Qonaq görüşdən sonra ADU-nun tələbələri qarşısında məruzə ilə çıxış edəcəyini bildirdi və belə bir şərait yaratdıqlarına görə universitet rəhbərliyinə öz minnətdarlığını ifadə etdi.
 
 
Görüşdə, həmçinin gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi mövzularında müzakirələr aparıldı. Təhsil sahəsində əməkdaşlığın Azərbaycan və Çin arasında olan münasibətlərin inkişafına töhfə verəcəyi də vurğulandı.
 
 
Görüşdə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən  hazırlanan ilk milli Çin dili dərsliyi, eyni zamanda ADU-nun sabiq rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Azərbaycan Dillər Universitetində adıçəkilən mərkəz tərəfindən hazırlanmış Çin və Azərbaycan dillərində nəşr olunan Prezident İlham Əliyevin Azərbaycan-Çin əlaqələrinin inkişafına verdiyi töhfələrdən bəhs edən "İlham Əliyev – iki qədim xalqların dostluğunun davamçısı” adlı kitab qonaqlara təqdim olundu.
 
 
Görüşdən sonra qonaqlar universitetin Çin dili və mədəniyyəti mərkəzi ilə yaxından tanış oldular.
 
 
Daha sonra ADU-nun İnformasiya Resurs Kompleksində Çin nümayəndə heyətinin universitetin professor-müəllim heyəti və tələbələri ilə görüşü keçirildi.
 
Görüşdə çıxış edən  Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasov Azərbaycanda Çin mədəniyyətinə böyük maraq olduğunu bildirərək Ümummilli lider Heydər Əliyev və Azərbaycanın Prezidenti İlham Əliyevin Çinə səfərləri zamanı məşhur Çin mədəniyyət abidələri və tarixi muzeylərində olduqlarını xüsusilə vurğuladı.
 
 
Görüş zamanı "Ququn” muzeyinin direktoru Şan Di Syan YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil olmuş Çin imperatorları saray kompleksi-muzeyin maarifləndirici fəaliyyətinə həsr olunan "Qadağan şəhərdə sülh, Qadağan şəhər dünyada” mövzusunda məruzə ilə çıxış etdi.
 
 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
 




www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol