• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əmək qabiliyyəti 15 yaşdan etibarən hesablanacaq

Azərbaycanda əmək qabiliyyəti 15 yaşdan etibarən hesablanacaq
30.03.2016 16:25
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

"Report”un xəbərinə görə, layihə barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirib ki, Prezidentin parlamentə təqdim etdiyi layihəyə əsasən, qanunun 14-cü maddəsinə əlavə edilən "Qeyd”də bildirilir ki, "Bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əmək qabiliyyətli şəxslər dedikdə I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla 15 yaşından "Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür”.

Əmək qabilliyyətli şəxslər I və II qrup əllillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” qanunla müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür.

Komitə sədri H. Rəcəbli çıxışı zamanı əlavə edib ki, gələcəkdə bu məsələnin üzərində yenidən çalışmalaq lazımdır: "Çünki bu gün Azərbaycanda elə II qrup əlilləri var ki, onların əmək qabiliyyətli imkanları var. Digər qanunda müddəa var ki, əlillərdən 25 nəfərdən biri işlə təmin olunmalıdır. Ona görə də bu kimi məsələdə müəyyən uyğunsuzluq yaranmış olur.

Bu məsələyə yenidən qayıtmaq lazımdır. Çünki qismən əmək qabiliyyətli olan II qrup əlillərə bəzən iş yeri verilir. İndiki halda isə I və II qruplar əmək qabiliyyətli deyil. Bunu da hazırki qanunvericiliyə ehtiva edirik”.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol