• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana İran və Rusiyadan gələn turistlərin sayı artdı

Azərbaycana İran və Rusiyadan gələn turistlərin sayı artdı
30.03.2016 19:31
Azərbaycana İran və Rusiyadan gələn turistlərin sayı çoxalıb.
 
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

Novruz bayramı günlərində Azərbaycana İrandan gələn turistlərin sayında artım olduğunu deyən nazir müavini iranlı turistlərin dəqiq statistikasının hələlik məlum olmadığını, yaxın günlərdə Dövlət Sərhəd Xidməti tərəfindən onların sorğularına cavab veriləcəyini söyləyib: "Burada ölkəyə on minlərlə turistin gəlməsindən söhbət gedir. Belə ajiotaj 2011-ci ildə də qeydə alınmışdı. Bu il də həmin hal qeydə alındı. Burada da təbii ki, müxtəlif faktorlar rol oynayıb. Ölkədə baş verən ikinci devalvasiyadan sonra Azərbaycanda xidmətlərin qiymətləri dollar müqabilində daha cəlbedici və rəqabətə dözümlü olub”.

N.Səmədov əlavə edib ki, iranlı turistlərin sayının artmasında həm də viza verilməsi prosedurunun sadələşdirilməsi, eyni zamanda İrandan gələn turistlər üçün dil baryeri məsələsinin olmaması da böyük rol oynayıb: "Onlar sərbəst Azərbaycan dilində danışdığından heç bir problem olmur. Qonşu ölkələrlə İranı müqayisə etdikdə bu, əsas faktorlardan biridir. Ona görə də bu faktorlar səbəbindən ölkəyə bu il daha çox turist gəlməyə başlayıb".

Nazir müavini deyib ki, bu il Rusiyadan gələn turistlərin sayında da artım olub: "Təbii ki, bunun da bir çox obyektiv və subyektiv səbəbləri olub. Biz obyektiv faktorlara əsaslanaraq öz işimizi təşkil edirik. Bildiyiniz kimi, Moskvada bizim rəsmi nümayəndəliyimiz də açılıb və onlar da bu prosesdə fəal şəkildə iştirak edirlər. İndidən artıq Rusiya vətəndaşlarının ölkəmizə axınından danışa bilərik. Əvvəllər ordan-burdan biznes məqsədi ilə Azərbaycana gələn var idisə, indi sırf səyahət xarakterli səfərlər çoxluq təşkil edir. Bu gün üçün Rusiyadan gələnlərin sayında da artım müşahidə olunur. Əgər ötən ilin statistikasına nəzər salsaq, təxminən 30-40 faiz artım qeydə alınıb. Hər ayın sonu üçün aldığımız statistikaya baxdıqda isə görürük ki, həm say, həm də turizm sənayesindən əldə olunan məlumatlar ölkəmizə turizm marağının geniş olduğunu sübut edir. Biz onlar üçün artıq bahalı istiqamət deyilik. Burda da təbii ki, subyektiv səbəblər var. Çünki bu gün dünyada hansı proseslərin cərəyan etdiyini hər kəs bilir. Misal olaraq, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi, eyni zamanda Avropa ilə təhlükəsizlik problemləri buna əyani sübutdur. Ona görə də çalışırıq ki, bu məsələdə yaranan imkanı lazımınca istifadə edə bilək. Çalışmalıyıq ki, ölkəyə turist axını davamlı olsun”.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol