• $
  • €
  • ₽
  • ₺
  • £

Qulu Məhərrəmlinin vəkilləri: “O müsahibədə iki iddia qaldırmaq üçün əsas yaradacaq ifadə yoxdur”

Qulu Məhərrəmlinin vəkilləri: “O müsahibədə iki iddia qaldırmaq üçün əsas yaradacaq ifadə yoxdur”
31.03.2016 14:28
"Hüquqlarını müdafiə etdiyim Qulu Məhərrəmli iddiada istinad olunan Cinayət Məcəlləsinin maddələrinə əsas yaradacaq hər hansı ifadə işlətməyib”

Vəkil Cavid Rzazadə ANN.Az-a açıqlamasında  "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovun AzTV-nin "Səhər" proqramının keçmiş rəhbəri Qulu Məhərrəmliyə qarşı qaldırdığı xüsusi qaydada iddiasına münasibət bildirib.

Onun sözlərinə görə, iddia ərizəsindəki dəlillərlə razı deyillər: "Bu səbəbdən də Qulu Məhərrəmliyə qarşı cinayət işinin açılma istəyini absurd hesab edirik. Hər halda məhkəmə birinci mərhələdə bu işin icraata qəbul edilib edilməməsi ilə bağlı qərar qəbul edəcək”. 

Hüquqşünasın sözlərinə görə, Arif Alışanovun bu iddia ilə bağlı şansı yoxdur: "Bu tək mənim fikrim deyil, digər vəkil həmkarlarımız da bu cür düşünürlər. Çünki Qulu müəllimin o müsahibədəki hər bir söz və detalını araşdırmışıq və belə qərara gəlmişik ki, orada heç bir təhqir və böhtan yoxdur”.  
 
Vəkil əlavə edib ki, Qulu Məhərrəmlinin məhkəməsi sabah saat 09:30-da Yasamal Rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi ilə keçiriləcək. 

Nəsimi Rayon Məhkəməsində Qulu Məhərrəmliyə qarşı qaldırılmış mülki qaydada iddia işində telejurnalistin hüquqlarını müdafiə edəcək digər vəkil Nicat Gözəlovun sözlərinə görə, məhkəməyə baxış təzə başladığı üçün əvvəlcə iddiaçının mövqeyini öyrənmək və bundan sonra onların iddialarına uyğun olaraq vəsatət qaldırmağı planlayır: "Çünki iddia ərizəsində göstərilənlər ayrıdır. Ola bilsin, məhkəmə prosesində başqa mövqedən çıxış edə bilərlər”.

Arif Alışanovun məhkəməyə müraciət eləməsinə səbəb Qulu Məhərrəmlinin bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalardır. Jurnalist həmin açıqlamalarda AzTV-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib. Teletənqidçi bu barədə fikirlərini deyərkən sərt ifadələr işlədib.
 
Mövzu ilə əlaqədar "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin mətbuat katibi Xatirə Qasımla əlaqə saxladıq. O, məhkəmə öncəsi hər hansı açıqlama verməyi məsləhət bilmədi. 
 

Orxan Aslanlı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol