• $
  • €
  • ₽
  • ₺
  • £

"Moskva" univermağındakı oğurluğun TƏFƏRRÜATLARI

"Moskva" univermağındakı oğurluğun TƏFƏRRÜATLARI
31.03.2016 19:50
Bakının Nəsimi rayonu, Cavadxan küçəsi, 5 ünvanında fəaliyyət göstərən "Moskva" univermağından qızıl-zinət əşyalarının oğurlanması hadisəsinin bəzi təfərrüatları məlum olub.

Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə deyib ki, oğurluq hadisəsi univermaqdakı mağazalardan birində qeydə alınıb: "Belə ki, mayın 30-na keçən gecə "Moskva" univermağının içərisindəki mağazalardan birindən ilkin qiymətləndirməyə əsasən təqribən 210 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb".

E.Zahidov qeyd edib ki, oğurluq hadisəsi zamanı univermağın qapısı sındırılmayıb: "Belə bir ehtimal var ki, oğru axşamdan, univermaq fəaliyyətdə olandan içəridə qalıb, səhər univermaq açılandan sonra isə ərazini tərk edib. Univermaqda onlarla mağaza var və həmin mağazaların əksəriyyətinin Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqaviləsi var. Müqaviləyə uyğun olaraq, həmin mağazalar canlı qüvvə ilə deyil, müasir standartlara cavab verən siqnalizasiya sistemi ilə qorunur. Lakin qızıl-zinət əşyalarının oğurlandığı mağazanın Baş Mühafizə İdarəsi ilə heç bir müqaviləsi yoxdur və ona görə də həmin mağazanın mühafizəsi İdarə tərəfindən təşkil olunmur".

DİN-in mətbuat xidmətinin rəis müavini bildirib ki, faktla əlaqədar Nəsimi rayon Polis İdarəsində cinayət işi qaldırılıb, cinayəti törədənin və ya törədənlərin müəyyən edilərək yaxalanması istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol