• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyev Mərkəzinin memarı öldü - FOTOLAR

Heydər Əliyev Mərkəzinin memarı öldü - FOTOLAR
31.03.2016 20:04
Ərəb əsilli britaniyalı memar Zaha Məhəmməd Hadid 65 yaşında Mayamidə ürək tutmasından vəfat edib. Musavat.com xəbər verir ki, məlumatı "The Guardian” yayıb.

Məlumata görə, Zaha Hadid bronxitdən müalicə kursu keçirmiş.

Qeyd edək ki, Zaha Hadid bir sıra aktual layihələrin müəllifidir. Bakıdakı Heydər Əliyev Mərkəzinin layihəsi də ona məxsusdur.

Zaha Hadid 1950-ci ildə Bağdadda, doğulub. Londonda Arxitektura Assosiasiya Məktəbində oxuyub. 1980-ci illərdə, Arxitektura Assosiasiya Məktəbində dərs deyib. Həmçinin dünyada nüfuzlu təşkilatlarda dərs demişdir. Bundan əlavə, o Amerikan İncəsənət İnstitutunun Fəxri Üzvüdür. Hal-hazırda Avstriyada Vyanada Tətbiqi İncəsənətlər Universitetində professordur.

Çoxlu beynəlxalq yarışın qalibidir, Honkonqda (1983) Peak Klub və Uelsdə (1994) Cardiff Bay Opera House onun işlərindəndir. 2002-ci ildə Hadid Sinqapurun şimali baş planını layihələşdirmək üçün beynəlxalq layihə yarışını uddu. 2005-ci ildə, onun layihəsi Bazelin, İsveçrənin yeni şəhər kazinoları üçün yarışın qalibi oldu. 2004-cü ildə isə Hadid Pritzker Memarlıq mükafatını alan birinci qadın memar oldu. Britaniya Ensiklopediyasının redaksiya heyətinin üzvüdür. O 2006-cı ildə Beyrutun Amerikan Universitetindən fəxri elmi dərəcəsini alıb (Musavat.com)
 
 
 
 
 
 
 
 
 
 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol